12px13px15px17px
Tarix:31/01/18

Antivirus kompüterin məhsuldarlığına təsir edir?

Almaniyanın "AV-Test" internet portalı müxtəlif antivirus proqramlarının işinin fərdi kompüterlərin məhsuldarlığına necə təsir göstərməsini müəyyənləşdirmək məqsədilə keçirilən tədqiqatın nəticələrini dərc edib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, portal əməkdaşları tərəfindən test 3,4 QHs takt tezliyində işləyən "Intel Core i7-3770" prosessoru, 16 giqabaytlıq operativ yaddaş və "Samsung" şirkətinin 512 giqabaytlıq "SSD" toplayıcısı ilə təchiz edilən güclü fərdi kompüter üzərində aparılıb.

Sınaqlardan məlum olub ki, bütün antiviruslar saytların yüklənməsini orta hesabla 11-16 faiz, əlavələrin işə salınmasını 9-15 faiz, quraşdırılmasını 26-35 faiz, faylların kopyalanmasını 7-18 faiz zəiflədir. Məsələn, "Windows 10" əməliyyat sisteminə quraşdırılan "Windows Defender" antivirusu əlavələrin quraşdırılmasını 54 faizədək, onların işə salınmasını 9 faizədək, saytların yüklənməsini 10 faizədək zəiflədə bilər.

"AV-Test" saytında bütün populyar antivirus proqramları üzrə ətraflı statistika təqdim olunub.

Nizam Nuriyev 




Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024