12px13px15px17px
Tarix:05/02/18

Süni intellektin köməyilə kameranı idarə edən universal modul təqdim edilib

Hər kəs rəqəmli güzgülü fotoaparatla keyfiyyətli şəkillər çəkə bilmir. Buna görə istehsalçılar "Aurga" adlı xüsusi cihaz təqdim ediblər. Bu, kameranı sazlamaq üçün peşəkarlıqla çəkilmiş şəkillərin məlumat bazası əsasında süni intellektdən istifadə edən qoşulan universal moduldur.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, kameranın yuxarı hissəsinə qurulan "Aurga" cihazı "Android"/ "iOS" üçün xüsusi mobil tətbiq vasitəsilə 30 metrədək məsafədən simsiz üsulla idarə oluna bilər. İstifadəçilər bu mobil proqramın köməkliyi ilə çəkmək istədikləri fotoşəkilin tipindən asılı olaraq 6 şəkil  kateqoriyası arasında seçim edə bilərlər.

Kateqoriya seçilən kimi "Aurga" cihazı öz məlumat bazasında minlərlə fotoşəkilin məlumatlarına baxaraq seçilmiş kateqoriyaya aid olanları təhlil edir. İşıqlandırma effektlərini nəzərə alan cihaz kameranı bazada ən uyğun gələn nümunələrə müvafiq şəkildə sazlayır.

Bundan başqa, sözügedən modul şəkillərin ehtiyat köçürülməsindən ötrü istifadə olunan yaddaş kartları üçün slotla təchiz edilib. Bildirək ki, indi "Aurga" cihazı yalnız "Nikon" və "Canon" kameralarını dəstəkləyir.

Emil Hüseynov




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024