12px13px15px17px
Tarix:06/02/18

“Windows” sistemli kompüterlər təhlükə altındadır

İnformasiya texnologiyaları üzrə mütəxəssislər “Windows” əməliyyat sisteminin populyar versiyalarının istifadəçilərinin üzləşə biləcəyi yeni təhlükələr aşkarlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “EternalSynergy”, “EternalRomance” və “EternalChampion” adlanan eksploytlar sistemdə boşluqların axtarışı ilə məşğul olaraq onlardan istifadə edirlər. Onlar “EternalBlue” prinsipi – ABŞ Milli Təhlükəsizlik Agentliyinin cinayətkarların təhlükəli fırıldaqçı “WannaCry” virusunun yaradılmasında əsas kimi götürdükləri texnologiyası üzrə işləyirlər.

Məlumata görə, istifadəçi tərəfindən göstərilən hər eksploytun biri məsafəli idarəetmə komanda modullarına və “zzz_exploit” adlanan adaptasiya əsaslı koda malikdir. Onlar sistemdən inzibatçı qismində istifadə üçün spesifik rabitə strukturlarından (SMB protokolu) yararlanırlar.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Kevin Bomont eksploytların effektivliyini təsdiq edib. Onun sözlərinə görə, “Windows 2000” sisteminə istənilən “Windows” variantlarından tutmuş, 2016-cı il server modifikasiyasınadək maneəsiz və yüksəksəviyyəli mühafizə bağlantısı ilə müdaxilə etmək mümkündür. O, həmçinin “Windows 2000” və “Windows XP” sistemləri üzərində müstəqil uğurlu eksperimentlər keçirib.

O da məlum olub ki, eksploytlar onların işini tez əksər kompüterlərə yaymağa imkan verən təkrar istehsal qabiliyyətinə malikdirlər. Mütəxəssislər xəbərdarlıq edir ki, proqram təminatında nasazlıqlar aradan qaldırılmayacağı təqdirdə onlar dünyada əksər kompüterləri ələ keçirə bilərlər.

Nizam Nuriyev 




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024