12px13px15px17px
Tarix:06/02/18

Alqoritm insanların təbii kataklizmlərdən xilasına kömək edəcək

Vaterloo Universitetinin alimləri əhalinin sosial dəstək xidmətlərinin statistikasını tədqiq edərək məlumatları əsas xarakteristikalar - sağlamlıq, çeviklik, sosial fəallıq və s. üzrə müqayisə ediblər. Risk qrupunda azhərəkətli və sosial baxımdan az aktiv insanların olması fikrinə əsaslanan alimlər belə insanları sosial dəstək xidmətlərinin məlumatlarına əsaslanaraq aşkarlamağa imkan verən alqoritm hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, risk dərəcəsinin qiymətləndirmə alqoritmindən artıq on Kanada əyalətinin səkkizində istifadəyə başlanılıb. Alimlər ümid edir ki, texnologiyanın tətbiqi xilasetmə xidmətlərinə fövqəladə hallar zamanı əvvəlcədən fəaliyyət planını tərtib etməyə və ilk növbədə yardıma ehtiyac duyacaq insanların siyahısını tez hazırlamağa imkan verəcək.

Tədqiqat müəllifi Con Hayrdes bildirib ki, alqoritm yüzlərlə insan həyatını xilas edə bilər. “Bu, bütün ölkələr üçün vacib olacaq alətdir”, - o qeyd edib.

Nizam Nuriyev 




Baxış sayı: 302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024