12px13px15px17px
Tarix:08/02/18

Müasir internetin yaradıcılarından biri vəfat edib

Müasir internetin yaradıcılarından biri, ABŞ-ın kiberməkanda hüquqların qorunması ilə məşğul olan “Electronic Frontier Foundation” (EFF) qeyri-hökumət təşkilatının təsisçisi amerikalı Con Perri Barlou 70 yaşında dünyasını dəyişib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, təşkilatın “Facebook” səhifəsində deyilir: “Bu gün internet öz qəhrəmanını itirdi. “EFF” həmtəsisçi Con Perri Barlounun vəfatından kədərlənir”.

Məlumata görə, o, yuxuda olan zaman vəfat edib.

“Mübaliğəsiz demək olar ki, internetin bu gün bizim bildiyimiz və sevdiyimiz əsas seqmentləri Barlounun rəhbərliyi və təsəvvürü sayəsində mövcuddur və inkişaf edir”, - məlumatda qeyd olunub.

C.Barlou 1990-cı ildə elektron rabitə vasitələri istifadəçilərinin hüquqlarını qoruyan “Electronic Frontier Foundation” hüquq müdafiə təşkilatının yaradılmasında iştirak edib.  Bundan başqa, o, internetə həsr edilən işlərlə məşhurlaşıb. Həmçinin C.Barlou 70-ci illərdə gitaraçı Bob Veyrlə birlikdə ABŞ-ın “Grateful Dead” rok qrupu üçün bir neçə mahnı yazıb. 

Nizam Nuriyev 




Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024