12px13px15px17px
Tarix:08/02/18

Ramin Quluzadə: “Banklarla əməkdaşlığa hazırıq”

Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "FED.az" saytının suallarını cavablandırıb. Azərbaycanda məlumatların təhlükəsizliyi, onların etibarlı şəkildə saxlanması, kiberhücumlardan müdafiə məsələlərini əhatə edən müsahibəni diqqətinizə çatdırırıq.

– Cənab nazir, ilk sualımız rəhbərlik etdiyiniz nazirliyin həyata keçiridiyi layihələrin maliyyə mənbələri ilə bağlıdır. Maraqlıdır ki, bu məsələdə ölkə banklarının iştirakı hansı səviyyədədir?
 
– Bilirsiniz ki, Azərbaycanda İKT-nin inkişafı üçün bir sıra böyük layihələr həyata keçirilib. Bu layihələrin icrası üçün təbii ki, maliyyə dəstəyinə ehtiyac duyulur. Dövlətimiz tərəfindən bu layihələr dəstəklənir və onun maliyyə təminatına xüsusi diqqət yetirilir. Eyni zamanda bəzi layihələrin həyata keçirilməsi üçün kreditlərə ehtiyacımız var. Nazirlik ilk növbədə daxili maliyyələşmə resurslarına və ölkə bankarına üstünlük verir və onlarla əməkdaşlıq etməyə hazırdır.
 
– Azərbaycanda bir neçə banka kiberhücumlar oldu və hətta bəzi banklardan külli miqdarda pul çıxarıldı. Eyni zamanda ölkəmizdə yeni bir Data Mərkəz açıldı. Azərbaycan bankların bu data mərkəzin imkanlarından istifadə edə bilərlərmi? Bu onlara təhlükəsizlik baxımından hansı üstünlükləri verə bilər?
 
– Qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən Data Mərkəz regionun ən təhlükəsiz data mərkəzidir və TIER-3 standartlarına cavab verir. Burada dünyanın ən aparıcı İKT şirkətlərinin avadanlıqları quraşdırılıb. Artıq bir ildən çoxdur ki, bu mərkəz fəaliyyət göstərir. Mərkəzin müştəriləri arasında dövlət qurumları, yerli və nüfuzlu xarici şirkətlər də var. Bir də qeyd etmək istərdim ki, biz hazırda Yevlax şəhərində ehtiyat data mərkəzi tikməyə başlamışıq. Gələcəkdə yeni və bundan böyük daha bir data mərkəzin tikintisini planlaşdırırıq və artıq bu istiqamətdə işlər aparılır.  
 
­– Yəqin ki, Data Mərkəz banklar üçün təhlükəsizliklə bərabər iqtisadi cəhətdən də daha sərfəli olacaq...
 
– Əlbəttə. Bu data mərkəz təkcə banklarımız deyil, bütün biznes sektoru üçün böyük üstünüklərə malikdir. Həm avadanlığın alınmasınmasına ehtiyac olmur, həm də xidmətlərin qiyməti daha sərfəlidir. Ən əsası odur ki, xüsusi vurğulamaq istərdim, bu xidmətlər daha təhlükəsizdir və daha peşəkar mütəxəssislər tərəfindən təqdim edilir.
 
– Belə aydın olur ki, Sizin həyata keçirdiyiniz layihələr iqtisadi cəhətdən gəlirli layihələr olacaq ki, buna görə kredit götürəcəksiz.
 
– Yəqin ki. Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox layihələr həyata keçirir. Bu zaman biz həm də xaricdən mütəxəssisləri cəlb edirik. Hər bir layihəni tam dəyərləndirdikdən sonra icrasına başlayırıq. Əlbəttə, layihələrimiz çoxdur və çalışırıq ki, cavabdeh olduğumuz bütün istiqamətləri inkişaf etdirək. İri miqyaslı layihələr üçün kreditlər də cəlb etmək olar. Dövlətimiz bu layihələrin maliyyələşdirilməsində öz köməyini əsirgəmir. Möhtərəm cənab prezident İlham Əliyevin və Mehriban xanımın dəstəyilə Azərbaycanda böyük bir innovasiya mərkəzinin tikintisinə başlanılıb. Bu innovasiya mərkəzi gələcəkdə gənclərin innovativ ideyalarının reallaşdırılmasına və startapların inkişafına xidmət edəcək.
 
– Yəqin ki, Bakıda tikiləcək...
 
– Bəli. Artıq layihələndirilib və ərazi ayrılıb. Mən güman edirəm ki, yaxın aylarda tikintisinə başlanılacaq. 
 
– Kadr məsələsi necə həll olunur?
 
– Azərbaycanda yaxşı mütəxəssislər var. Yeganə məsələ odur ki, dünyada İKT sahəsində hər gün bir hadisə baş verir və biz bu dəyişikliklərə uyğun olaraq kadrların biliklərinin artırılmasına və yeni kardların hazırlanmasına çevik yanaşırıq. Təcrübə mübadiləsi olaraq, xaricdən mütəxəssislər dəvət edib seminarlar keçiririk və öz əməkdaşlarımızı da xaricə göndəririk.
 
– Texnoloji parkların təcrübəsindən istifadə etmək haqqında planlar varmı? Həm texnoloji yeniliklər həm də biznesə tətbiqi baxımımdan bunu necə dəyərləndirirsiniz?
 
­– Bilirsinizmi, xarici səfərlərimizin hər birində texnoparkların iş prinsipi ilə maraqlanırıq. Çünki texnoparklar iqtisadiyyatımızın gələcək inkişafı üçün vacib istiqamətlərdən biridir. Yeni innovasiya mərkəzi fəaliyyətə başlayanda orada yeni layihələr formalaşacaq. Mərkəzdə proqram təminatı ilə bağlı işlər aprıla biləcək, yəni "soft"ların istehsalı mümkün olacaq. Texniki hissənin istehsalına gəlincə isə, bilidiyiniz kimi bu prosesin Pirallahıda həyata keçirilməsi nəzərdə tutulur. Təbii ki, bu istiqamətdə işlərin intensivləşdirilməsinə ehtiyac var. Bunun üçün müvafiq dövlət qurumarı və investisiya şirkətləri ilə əməkdaşlıq edirik.
 
– Cənab nazir, suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirik.
 
– Maraqlı suallar üçün mən sizə təşəkkür edirəm.  




Baxış sayı: 158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə 

18 02 2018