12px13px15px17px
Tarix:09/02/18

“WhatsApp” messencerində pulköçürmə sistemi istifadəyə veriləcək

Bir il bundan əvvəl “WhatsApp” şirkətinin eyniadlı messencerdə pulköçürmə sistemini tətbiq etməyə hazırlaşdığı məlum idi. İnternetdə pulköçürmə funksiyasına giriş əldə etmiş istifadəçinin ekran görüntüləri yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “WhatsApp” artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində  bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiq etmək və hesab açılmış bankı seçmək lazımdır.
 

Pulköçürməsi sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).

Emil Hüseynov




Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024