12px13px15px17px
Tarix:10/02/18

"Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür.

Hazırda respublika üzrə 6 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha 1, Sumqayıt şəhərində  isə ilk "Şəbəkə" xidmət mərkəzi açılacaq.  "Şəbəkə" xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

İlk "Şəbəkə" 2017-ci il fevral ayının 10-da  istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
 
Eyni zamanda, "Şəbəkə" mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "EGovPay" – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
 
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. "Şəbəkə"yə məxsus 123 çağrı  mərkəzi isə  həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar  günü  isə 9:00-dan 18:00-dək  daxil olan bütün sorğuları qəbul edir.

"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və  bürokratiya hallarının aradan qaldırılmasıdır.
 






 




Baxış sayı: 92

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə 

18 02 2018