12px13px15px17px
Tarix:13/02/18

Yeni texnologiya dronlara maneələri daha yaxşı dəf etməyə kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun əməkdaşları pilotsuz uçan aparatlara sıx məskunlaşmış şəhərlər və anbar əraziləri kimi çətin keçilən yerlərdə saatda 20 km sürətlə uçmağa imkan verən xüsusi nanoxəritə hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni texnologiyanın başlıca xüsusiyyəti ondan ibarətdir ki, drondan yalnız bu və ya digər obyektin harada yerləşməsini və gözlənilməz hadisələrin nə vaxt baş verə biləcəyini yadda saxlamaq tələb olunur. Yəni alqoritmin ətraf mühit haqqında çoxlu məlumat toplamasına ehtiyac qalmır ki, bu da öz növbəsində bütün sistemin işinin sürətini xeyli artırır.

Texnologiya müəllifi, tələbə Piter Florensin sözlərinə görə, “qeyri-müəyyənliklərin müəyyənləşdirilməsinə” əsaslanan yanaşma pilotsuz uçan aparat insan, avtomobil və binaların mövcud olduğu mühitdə olan zaman ona maneələri daha yaxşı dəf etməyə kömək edir. 

Alimlər texnologiyanı insanın indiyədək gördüyü bütün təsvirlərin yazıldığı kasetlə müqayisə edirlər: “Hər dəfə müəyyən ərazi üzərində uçan zaman dron yaddaşda bütün məlum informasiyanı bərpa edir və bu səbəbdən maneələrə tuş gəlmir”, - P.Florens bildirib.

Nizam Nuriyev 




Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024