12px13px15px17px
Tarix:13/02/18

Xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malik nanorobotlar hazırlanıb

Bədxassəli şiş xəstəlikləri durmadan artır: hər il dünyada təxminən 6 milyon yeni belə hal qeydə alınır. Səbəblərdən biri post-sənaye ölkələrində yaşayan əhalinin yaşlanmasıdır. Belə ki, şişlər yaşı 50-ni ötmüş insanlarda  daha çox inkişaf edir. Bu halda onkoloji xəstəliklərdən əziyyət çəkən hər ikinci şəxsin yaşı 60-ı ötüb. Dünyada xərçəngdən dünyasını dəyişənlərin sayı ürək-damar və tənəffüs yolları xəstəliklərindən sonra üçüncü yeri tutur.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, ABŞ-ın Arizona Universitetinin alimi Xao Yan tərəfindən öz həmkarları ilə birgə hazırlanmış nanorobotlar xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdirlər. Avtonom işləyən bu robotlar bəzi tip dərman preparatlarını şişlərin daxilinə yüksək dəqiqliklə çatdıra bilirlər.

Heyvanlar üzərində aparılmış sınaqlar seçilmiş metodun təhlükəsizliyini təsdiq edib. Onkoloji xəstəliklərdən əziyyət çəkən heyvanların orqanizminə nanorobotlar yeridildikdə nəticə müsbət olub: alimlər 8 gəmiricidən 3-nü  xilas edə biliblər. Digərlərində, həmçinin ömrün uzunluğu xeyli artıb.

Emil Hüseynov






Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024