12px13px15px17px
Tarix:14/02/18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüş keçirilib.

Nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hans-Eberhard Şleyer, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edib.

Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, "Azərbaycan-Almaniya informasiya-kommunikasiya texnologiyaları Forumu"nun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.

Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarının səfərləri əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bildirilib ki, Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yük daşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında müvafiq sənədlər imzalanmalı, həmçinin İKT şirkətlərinin təmsil olunduğu biznes forum keçirilməlidir. "Bakutel-2018" sərgisində Almaniyanın milli pavilyonla təmsil olunmasının zəruriliyini qeyd edən nazir, işgüzar biznes forumun təşkilinin də faydalı olacağını vurğulayıb.  

Görüşdə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele bildirib ki, rəhbəri olduğu qurum 1952-ci ildə təsis edilib və Rusiya, Mərkəzi-Şərqi Avropa, Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionları ilə əməkdaşlıqda maraqlı olan şirkətləri özündə birləşdirir. O, qeyd edib ki, komitənin əsas məqsədi üzv şirkətlərin ticarət, sənaye, investisiya və xidmət sektorundakı fəaliyyətlərini təşviq etməkdən ibarətdir. V.Büxele həmçinin deyib ki, bir sıra biznes forumların, təqdimatların keçirilməsində, habelə komitə tərəfindən dərc olunan jurnalda Azərbaycan iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində, eləcə də ölkəmizin mütəxəssisləri üçün ixtisasartırma kurslarının təşkilində komitə ilə sıx əməkdaşlıq edilir.

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Falko Haydrix alman iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviq edilməsinin vacibliyini bildirib. 



Baxış sayı: 84

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Noyabr 2018

13 11 2018

13/11/18
Superkompüterlərin yeni reytinqi dərc edilib

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib

13/11/18
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək

13/11/18
Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa

13/11/18
Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb

ABŞ-da kondisionerlər təxminən 6% elektrik enerjisi sərf edir

13/11/18
Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantılar

13/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində 

13/11/18
“Twitter” istifadəçilərə mesajları redaktə etməyə imkan verəcək

“Twitter” sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək

13/11/18
“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib

“Intel” şirkəti gələcək “iPhone” modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən “XM