12px13px15px17px
Tarix:15/02/18

“İdeyadan Biznesə” şüarı ilə Bakı və regionlarda startap turlarına başlanılır

İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Hökuməti tərəfindən bu sahəyə dəstək göstərilir. Bu dəstək iş mühitinin yaxşılaşdırılması, innovativ infrastrukturun qurulması, yüksək texnologiyalar parkları və sənaye klasterlərinin yaradılması, eləcə də innovasiyaların təşviqini əhatə edir.
 
Bu kontekstdə son illərdə Azərbaycanın startap ekosistemi inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.
 
Startap hərəkatının inkişafına, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların, texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Startap Azərbaycan" və "Youth İnc." Biznes İnkubasiya Mərkəzi ilə birgə Bakı və regionlarda startap turları keçiriləcək. Startap turları "İdeyadan Biznesə" şüarı ilə ilk olaraq Qərbi Kaspi Universitetində təşkil ediləcək. 
 
   Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq.
 
Partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.
 
Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
 
Startap Turu əsasən Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İnkubasiya Mərkəzləri yaradılan təhsil ocaqlarının yerləşdiyi regionları - Bakı,  Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Zaqatalanı əhatə edəcək. 
 
Startapçılar tərəfindən hazırlanan təqdimatlar mütəxəssislər tərəfindən yoxlanılacaq və hər bölgə üzrə qaliblər seçiləcək.
 
Qaliblər Bakıda keçirilən Startap turunun final mərhələsində iştirak hüququ qazanacaq.
 
Startap turunun final mərhələsi üçün qalib seçilən layihələr təqdimat və finala qədər prototip/dizayn hazırlayacaq, hər startap layihəsinin təqdimatından sonra münsiflər tərəfindən sual-cavab və qiymətləndirilmə keçiriləcək. 




Baxış sayı: 45

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2018

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı 

19 09 2018

19/09/18
Növbəti startap turu Sumqayıtda keçiriləcək

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək. 

19/09/18
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə

19/09/18
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

19/09/18
Düyməli telefonların rüblük tədarük həcmi yüksəlib

“Counterpoint Technology Market Research”in analitikləri smartfon və  “feature phone” sinfinə məxsus 

19/09/18
“Apple” ən gəlirli brend seçilib

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən

19/09/18
“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu 

19/09/18
İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

Məlumat verdiyimiz kimi, Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018

19/09/18
“Əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər “əşyalar interneti” qurğularına 

19/09/18
“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+”

19/09/18
Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin “Xiaomi” şirkətinin dəstəklədiyi “Huami” brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan