12px13px15px17px
Tarix:16/02/18

“WhatsApp” messencerində mesajı həmişəlik yadda saxlamaq üsulu aşkar edilib

“WhatsApp” messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib. Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.

“WhatsApp” administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.

Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.

Emil Hüseynov




Baxış sayı: 363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024