12px13px15px17px
Tarix:16/02/18

“Microsoft”un proqram təminatında kritik boşluqların sayı 54% artıb

“Microsoft” şirkətinin proqram təminatında aşkar edilmiş boşluqların sayı 325-dən (2013) 685-dək yüksəlib. Bundan başqa, 2016-cı ildən etibarən “Microsoft”un həllərində kritik boşluqların sayı 54% artıb. Bu haqda “Avecto” şirkətinin kibertəhlükəsizlik  mütəxəssisləri məlumat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, hesabata əsasən, 2017-ci ildə “Windows 10” əməliyyat sistemində boşluqların sayı 64%, “Microsoft Edge” brauzerində kritik boşluqların sayı 46% artıb. Bu statistikanı belə “Windows 10” sistemi və “Microsoft Edge” brauzerinin yeni məhsul olması ilə izah etmək olar.

Ötən il “Microsoft” korporasiyası “Windows Vista”, “Windows 7”, “Windows RT”, “Windows 8/8.1” və “Windows 10” əməliyyat sistemlərinə zərər verən 587 boşluq haqda məlumat verib. "Bu, rekord göstəricidir. 2017-ci ildə ötən illə müqayisədə əlavə 232 boşluq aşkar edilib və 2012-ci illə müqayisədə 132%-lik artım qeydə alınıb" –  mütəxəssislər bildiriblər.

Emil Hüseynov




Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024