12px13px15px17px
Tarix:17/02/18

“Windows 10” sistemində yüksək məhsuldarlıqlı rejim istifadəyə veriləcək

“Microsoft” korporasiyası “Windows 10 Insider” test proqramının iştirakçıları üçün növbəti yeniləməni təqdim edib. İşçi stansiyalar üçün yeni “Windows 10 Pro” test quraşdırmasında yüksək məhsuldarlıqlı rejim üçün “Ultimate Performance” adlı funksiya yer alıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, funksiyaya enerjinin sazlanması bölməsində rast gəlmək mümkündür. “Ultimate Performance” rejimindən kompüterin enerji sərfiyyatından daha çox maksimal məhsuldarlığı vacib olan zaman istifadə etmək olar. Funksiyanı həm qurğu istifadəçiləri, həm də sonuncu istifadəçilər seçə bilər. Lakin funksiya batareyadan enerji alan sistemlər üçün nəzərdə tutulmayıb.
 
Rejimdən digər yeni imkanlarla yanaşı, mart və ya apreldə buraxılacaq “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsində yararlanmaq mümkün olacaq.
 
Nizam Nuriyev 




Baxış sayı: 0

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018