12px13px15px17px
Tarix:17/02/18

“Nvidia” süni intellekti insanları müşahidə edəcək

“Nvidia” videokart istehsalçısı “AnyVision” şirkəti ilə birlikdə “ağıllı” videomüşahidə sistemi üzərində işə başlayıb. Mühəndislərin planına görə, kameralar daim insanların sifətini skan edərək qanun pozucularını izləyəcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, sistem videonu yazmaqla yanaşı, təsviri analiz edən yüzlərlə şəhər kamerasının mövcudluğunu nəzərdə tutan “Nvidia Metropolis” layihəsi çərçivəsində hazırlanır. Alqoritmlər hüquq-mühafizə orqanlarının məlumat bazasına əsaslanaraq insan axınında cinayətkarı 99 faiz dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Həmçinin sistem itkin düşmüş insanları tapa bilir.
 
Müşahidəçilər qeyd edir ki, texnologiya həm minlərlə insan həyatını xilas edə, həm də vətəndaşların məxfiliyinə xələl gətirə bilər. “Nvidia” nümayəndələrinin sözlərinə görə, hazırlanan sistemin tam qapalı olması səbəbindən kameralar tərəfindən qeydə alınan bütün informasiya üçüncü şəxslərdən mühafizə olunur.
 
Nizam Nuriyev 




Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024