12px13px15px17px
Tarix:19/02/18

Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb. Qurğu xarici görünüşünə görə alimdən fərqlənmir.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, ixtiraçının sözlərinə görə, “Geminoid” adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq artıq bu gün robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif zalla robot oxşara quraşdırılan videokamera və dinamiklərin köməyi ilə işləyir.
 
H.İşiquro qeyd edib ki, robotu yaratmaqda məqsədim onun məni konkret yerdə texnoloji və praktiki baxımdan əvəz edə bilməsindən ibarət olub. “Belə texnologiyalar insan ağlının gücünü nümayiş etdirir”, - o bildirib.
 
Alim vurğulayıb ki, daha çətin əl ilə toxunulan yumşaq və elastik dərini yaratmaq olub. O, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem mütəmadi təkmilləşdiriləcək, zaman ötdükcə isə “Geminoid” robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır.
 
Nizam Nuriyev




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024