12px13px15px17px
Tarix:19/10/11

“Apple” şirkətinin rüblük gəliri 1.5 dəfə artıb

3 ay ərzində 17.07 milyon “iPhone” smartfonu satılıb, bu göstərici keçənilki nəticə ilə müqayisədə 21% çoxdur.

“iPad” planşet kompyuterlərinin satışları 166% artaraq 11,12 milyona çatıb. “Desktop” və “Mac” noutbuklarına da tələbat artıb. “iPod” cib pleyerlərinin satışı 27% azalaraq 6,62 milyon təşkil edib.

“Apple” korporasiyasının rüblük gəliri 39% artaraq 28,3 milyard dollar olub. Xalis gəlir isə 6,62 milyard dollar təşkil edib. Bu göstərici 2010-cu ilin 4-cü rübü ilə müqayisədə 54% çoxdur.

İlin nəticəsinə görə bütövlükdə “Apple” korporasiyasının gəliri 66% artaraq 108,2 milyard dollar olub. Xalis gəlir isə 85% artaraq 25,9 milyard dollar təşkil edib.



Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024