12px13px15px17px
Tarix:19/10/11

“İnformasiya texnologiyaları evi” açılıb

Azərbaycan Tələbə Gənclər Təşkilatında( ATGT) “İnformasiya texnologiyaları evi”nin açılış mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edib.

ATGT-nin sədri Şahin İsmayılov “İT evi”nin reallaşdırılması üçün Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin birgə səyini xüsusi vurğulayaraq 20 stolüstü kompyuter və 5 noutbuku mərkəzə hədiyyə olaraq təqdim edən RİTN-in rəhbərliyinə öz təşəkkürünü bildirib.

O, “İT evi”nin ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün əvəzsiz vasitə olacağını qeyd edib.

Çıxış edənlər ölkəmizdə gənclərin fəaliyyətinin genişləndirilməsi, onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, informasiya texnologiyalarından yüksək səviyyədə bəhrələnməsi üçün hər cür şərait yaradıldığını bildirərək gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədə olduğunu qeyd ediblər.



Baxış sayı: 1281

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024