12px13px15px17px
Tarix:23/02/18

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Saatlıda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Saatlı şəhərində görüş keçirib.
 
Saatlı şəhərində Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
 
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.













Baxış sayı: 43

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq