12px13px15px17px
Tarix:19/10/11

“İntel” korporasiyasının rekord maliyyə göstəriciləri

“İntel” korporasiyası üçüncü maliyyə rübünə yekun vuraraq, noutbuk və server məhsulları üçün prosessor satışlarının artımı haqqında məlumat verib.

Bu fonda “İntel” şirkətinin mədaxili və xalis gəlirləri rekord qırıb. 3 ay ərzində istehsalçı 14,2 milyard dollar gəlir əldə edib, bu göstərici illik hesablamada 28% çoxdur. Gəlir 17% artaraq 3,5 milyard dollara çatıb.

Müştəri platforması seqmentində gəlir 22% artaraq 9,4 milyard dollar olub; verilənlərin emalı mərkəzləri üçün avadanlıqlar korporasiyaya 2,5 milyard dollar qazandırıb, bu göstərici keçənilki nəticədən 15% çoxdur. “İntel” korporasiyası cari rübdə 15,2 milyard dollara qədər gəlir əldə etməyi hesablayır.



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024