12px13px15px17px
Tarix:28/02/18

Ölkəmiz Barselonada keçirilən Mobil Dünya Konqresində təmsil olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti "GSMA" Mobil Dünya Konqresində iştirak etmək məqsədilə İspaniya Krallığının Barselona şəhərində səfərdə olub.
 
"GSMA" Mobil Dünya Konqresi dünyanın bir çox ölkəsindən dövlət və özəl sektor nümayəndələrini, tənzimləyici qurumları, habelə sahəvi beynəlxalq təşkilatları bir araya toplayaraq, mobil rabitə sektoru üzrə əsas inkişaf istiqamətləri və yeni tendensiyalara dair müzakirələrin aparıldığı platforma rolunu oynayır.
 
10 ildir kı, Barselona şəhərində baş tutan konqres çərçivəsində Nazirlər Proqramı, Mobil Dünya Sammiti, sərgi, konfrans və bir sıra seminarlar keçirilir.
 
Tədbir zamanı nazir Ramin Quluzadə Nazirlər Proqramında iştirakla yanaşı, bir sıra qlobal telekommunikasiya şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
 
Görüşlər zamanı tədbirdə təqdim olunan yeni texnologiyalar, onların ölkəmizdə tətbiqi imkanlarının araşdırılması, dünyanın texnologiya nəhəngləri ilə əməkdaşlıq və ölkəmizin İKT sektoruna investisiyanın cəlb olunması kimi məsələlər müzakirə olunub.
 
GSMA Mobil Dünya Konqresinin konfrans hissəsi mobil rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoruna aid müxtəlif mövzuları (5G, mobil pul, mobil marketinq və reklamçılıq, əşyaların interneti, fərdiləşmə və tələb-təklif iqtisadiyyatı, qrafen inqilabı, yeni təhlükəsizlik paradiqmaları, humanitar bağlantı və mobil sənaye, geyiniləbilən texnologiyalar, şəbəkə təhlükəsizliyi, ağıllı şəhərlər, innovativ həllər və s.) əhatə edib.
 
Müvafiq sessiyalarda "AT&T", "China Telecom", "Deutsche Telecom", "Facebook", "Google", "HP", "IBM", "Microsoft", "Cisco", "Ericsson", "Etisalat Group", "Intel", "Huawei", "Nokia", "MTS", "Orange", "PayPal", "Philips", "Samsung", "Turkcell", "Vodafone" və s. kimi nəhəng şirkətlərin rəhbərləri məruzəçi qismində çıxış edib.




Baxış sayı: 87

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti