12px13px15px17px
Tarix:01/03/18

Dünyada 400 QB-lıq ən sürətli “microSD” yaddaş kartı nümayiş etdirilib

“Western Digital” şirkəti Barselonada keçirilən “MWC” sərgisində dünyada tutumu 400 QB təşkil edən “UHS-I” adlı ən yüksəksürətli “microSD” yaddaş kartını təqdim edib. Şirkət, həmçinin fləş yaddaş kart texnologiyalarının gələcəyi haqda məlumat verib və “PCIe” interfeysini dəstəkləyən qurğuları nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni 400 QB tutuma malik “SanDisk Extreme UHS-I” adlı “microSD” yaddaş kartı məlumatları 160 MB/s-dək sürətlə ötürməyə imkan verir ki, bu da indiki nəsil texnologiyalardan 50% daha sürətlidir. Yeni yaddaş kartı mobil proqramları sürətli işə salmaq üçün A2 spesifikasiyalarına uyğun olacaq.
 
Bundan başqa, “Western Digital” gələcəyin fləş yaddaş kartlarında istifadə olunacaq yeni platforma və “PCIe” interfeysini dəstəkləyən SD kart nümayiş etdirib. Şirkətin rəsmisi əmin edir ki, bu texnologiyanın tətbiqi faylların oxunması prosesini daha sürətli etməyə imkan verəcək. Bu,  yüksək təsvir ölçüsünə malik məzmundan istifadə edən proqramlara lazımdır.
 
Emil Hüseynov





Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024