12px13px15px17px
Tarix:01/03/18

Barselonada keçirilən “MWC” sərgisində yeni kriptovalyuta təqdim edilib

Yaponiyanın “Rakuten” şirkətinin baş direktoru Hirosi Mikitani “Rakuten Coin” adlı kriptovalyutanı elan edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkətin nümayəndələri “Mobile World Congress”də belə təşəbbüslə çıxış ediblər. Sözügedən kriptovalyutanın dəqiq təqdimetmə tarixi hələ ki məlum deyil.
 
Yapon şirkətinin bir çox layihələrində (“Viber” messenceri daxil olmaqla) sözügedən kriptovalyutadan istifadə etmək mümkün olacaq.
 
Yalnız “Viber” messencerinin auditoriyasının 1 milyardı keçməsini nəzərə alsaq, bu kriptovalyutanın uğur qazanacağına ümid etmək olar. Kriptovalyutaların tətbiqinin ilk səbəbi – bu, valyuta ilə həyata keçirilən  ənənəvi tranzaksiyalardan imtina edilməsi, ikinci səbəb isə trendləri izləyən auditoriyanı cəlb etməkdir.
 
Emil Hüseynov





Baxış sayı: 332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024