12px13px15px17px
Tarix:01/03/18

Ramin Quluzadə Avstriya Respublikasının nəqliyyat, innovasiya və texnologiyalar naziri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Vyanaya rəsmi səfər çərçivəsində Avstriya Respublikasının nəqliyyat, innovasiya və texnologiyalar naziri Norbert Hofer ilə görüşüb.
 
Görüş zamanı müxtəlif sektorlar üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.
 
R.Quluzadə ölkəmizin təşəbbüsü ilə son illərdə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Bununla yanaşı, İKT sahəsində milli səviyyədə həyata keçirilən proqram və layihələr, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə də toxunub.
 
Nazir Quluzadə Avstriya şirkətlərini Azərbaycanın İKT və nəqliyat sektorlarında daha fəal olmağa, öz məhsul və həllərini hər il Bakı şəhərində təşkil olunan "Bakutel" sərgisində nümayiş etdirməyə dəvət edib.
 
N.Hofer ölkəsinin Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərdiyini, bu xüsusda, iki ölkənin müvafiq qurumları, eləcə də, özəl sektor nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsini təklif edib.
 
Tərəflər ikitərəfli əməkdaşlığın hüquqi bazasını təkmilləşdirmək məqsədilə iki nazirlik arasında yeni əhatəli Anlaşma Memorandumunun hazırlanaraq, imzalanması üzrə razılıq əldə ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın tənzimlənməsi üçün İKT və nəqliyyat məsələləri üzrə vahid İşçi Qrup yaradılması ilə bağlı qərar qəbul edilib.
 
Ramin Quluzadə Azərbaycanın haqlı müraciətinə cavab olaraq, "Austria Telekom" şirkətinə məxsus Bolqarıstanın "M-Tel" mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom"la rouminq sazişini ləğv etməsindən məmnunluğunu ifadə edib.
 
Görüş zamanı R.Quluzadə, həmçinin Bakı şəhərinin Ümumdünya Sərgisinə 2025-ci ildə ev sahibliyi etmək namizədliyi barədə məlumat verib və Avstriyanı namizədliyimizi dəstəkləməyə çağırıb.



Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Dekabr 2018

10/12/18
Yeni akkumulyator smartfonların 1 həftə şarjsız işləməsinə imkan verəcək

Batareyalar yeni materialdan hazırlanacaq. Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı 

10/12/18
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, 

10/12/18
“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında 

10/12/18
Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına 

10/12/18
“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

10/12/18
“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

10/12/18
Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) 

10/12/18
Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər 

10/12/18
Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

09 12 2018