12px13px15px17px
Tarix:02/03/18

2018-ci ildə Avropa "ağıllı" şəhər texnologiyalarına 19 milyard dollar xərcləyəcək

“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə Avropa “ağıllı” şəhər mühiti yaratmaq naminə texnologiya və təşəbbüslərə təxminən 19 milyard dollar xərcləyəcək. Gələcəkdə "ağıllı" şəhər sahəsi üzrə investisiyaların həcmi yüksələrək 2021-ci ildə 31 milyard dollara yaxınlaşacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Qərbi Avropa "ağıllı şəhər" texnologiyasına xərclər üzrə lider subregiona çevriləcək. 16,9 milyard dollar və ya bu il gözlənilən investisiyaların 90%-dən çox hissəsi bu regionun payına düşəcək. Eyni zamanda 2017-2021-ci illərdə Mərkəzi və Şərqi  Avropa ölkələrində orta hesabla 21,1%-lik artım tempi gözlənilir.
 
Yol hərəkəti və şəhər daşımalarının idarə edilməsi üzrə layihələr daha böyük investisiya cəlb edəcək, çünki Avropada belə layihələrə çox önəm verilir. Mütəxəssislər başqa vacib istiqamətlər qismində, həmçinin ekologiyanın mühafizəsi, su resurslarının idarəsi, "ağıllı" videomüşahidə və şəhər işıqlandırma sistemlərinin tətbiqini göstəriblər.
 
Emil Hüseynov





Baxış sayı: 89

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020