12px13px15px17px
Tarix:02/03/18

“Amazon.com” internet şirkətinin rəhbəri dünyanın ən varlı adamıdır

2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2694 nəfərə çatıb. Bu, yeni rekorddur. Bu barədə dünyanın ən varlı adamlarının illik reytinqini tərtib edən “Hurun Research Institute” tədqiqat təşkilatının hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, dünyanın ən varlı adamı 123 milyard dollarlıq var-dövlətə sahib olan “Amazon.com” internet şirkətinin rəhbəri və təsisçisi Ceff Bezos seçilib. İkinci yerdə ABŞ sahibkarı, “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet (102 milyard dollar), üçüncüdə isə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts qərarlaşıb. Ondan sonrakı mövqedə “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq (79 milyard dollar) yer alıb. Liderlər onluğuna, həmçinin Nyu-York şəhərinin keçmiş meri, “Bloomberg” informasiya agentliyinin təsisçisi və sahibi Maykl Blumberq daxildir. Onun sərvətinin dəyəri 49 milyard dollar qiymətləndirilir.
 
Məlumata görə, ölkədə yaşayan milyarderlərin sayına görə dünya lideri olan Çinin bu göstərici üzrə digər ölkələrdən fərqi artmaqda davam edir. Təşkilatın məlumatına görə, ABŞ-da 571 milyarder yaşadığı halda Çində (Honkonq, Makao və Tayvan daxil olmaqla) onların sayı 819 təşkil edib ki, bu da bir il əvvəldən 210 nəfər çoxdur. Qeyd olunur ki, ümumilikdə dünya milyarderlərinin yarısından çoxu Çin və ABŞ-ın payına düşür. Təkcə “Milyarderlər paytaxtı” adlanan Pekində onların sayı 131, Nyu-Yorkda isə 92 nəfər təşkil edir.
 
Çin və Asiyanın ən varlı sakini var-dövləti 47 milyard dollara bərabər “Tencent” telekommunikasiya şirkətinin təsisçisi Poni Ma olub.
 
Nizam Nuriyev





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024