12px13px15px17px
Tarix:02/03/18

Vyanada Azərbaycan ilə Avstriya arasında Qarışıq Komissiyanın 9-cu iclası keçirilib

Vyana şəhərində Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclası keçirilib.
 
Komissiyanın iclasına Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirin müavini Matias Çirf həmsədrlik edib.
 
İclasda hazırkı iqtisadi durum, ikitərəfli iqtisadi əlaqələr, qarşılıqlı olaraq investisiyaların cəlb olunması, rəqəmli texnologiyalar, o cümlədən ətraf mühit texnologiyaları, enerji səmərəliliyi, kənd təsərrüfatı, maliyyə, standartlaşma, gənclər, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Qarışıq Komissiyanın iclasında çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycanla Avstriya arasında münasibətlər dinamik şəkildə inkişaf edir. R.Quluzadə dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
 
Nazir qeyd edib ki, bu əməkdaşlıq Avstriya ilə Azərbaycanı etibarlı tərəfdaşa çevirib.
 
Bildirilib ki, ötən il ikitərəfli ticarət həcmində artım müşahidə olunsa da, mövcud dövriyyə iki dövlətin iqtisadi potensialına cavab vermir.
 
Toplantıda iştirak edən Avstriya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstəriblər və bu ilin may ayında Bakı şəhərində iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes-forumun təşkil olunması qərara alınıb.
 
İclasda Azərbaycan tərəfindən iqtisadiyyat, xarici işlər, gənclər və idman, kənd təsərrüfatı və energetika nazirliklərinin yüksəksəviyyəli nümayəndələri sahəvi məsələlər barədə çıxış ediblər.
 
Həmçinin iclas çərçivəsində Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (EXPO 2025) ev sahibliyi üçün namizədliyi ilə bağlı xüsusi təqdimat keçirilib.
 
İclasın sonunda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
 
Sənədə əsasən, iki ölkə arasında əlaqələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında qurulması, fiziki və hüquqi şəxslərin bu norma və prinsiplərə əsaslanmaqla fəaliyyət göstərməsi təmin ediləcək.
 
Azərbaycan tərəfinin xahişi ilə Avstriya turizm şirkətlərinin işğal edilmiş ərazilərə qeyri-qanuni səfərlər təşkil etməsinin qarşısının alınması məsələsi də Protokolla təsbit edilib.









Baxış sayı: 89

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Avqust 2018

20 08 2018

20/08/18
Avropa İttifaqı sosial şəbəkələrdə məzmunun silinməsi qaydalarını sərtləşdirib

Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. 

20/08/18
“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin 

20/08/18
Pentaqon yeni anonim messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin 

20/08/18
“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portat

20/08/18
Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.

20/08/18
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın