12px13px15px17px
Tarix:03/03/18

Dünyada ən minimalist telefon təqdim edilib

Yeni cihaz müasir smartfonların funksiyalarına ehtiyac duymayan insanlar üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, ABŞ-ın “Light” şirkəti “Light Phone 2” üçün vəsait toplama kampaniyasına başlayıb. İstehsalçılar yalnız zəng edə bilən minimalist telefonun ikinci nəslini çıxarmaq istəyirlər. Startap bir neçə gün ərzində 340 min dollar toplamağa müvəffəq olub.
 
“Android” əsaslı “LightOS” sisteminin idarəetməsi altında işləyən yeni telefon alüminium korpus, “e-ink” displey və yeni funksiyalarla (mətn mesajları və zəngli saat) təchiz edilib. İstifadəçilər yan paneldə yerləşən fiziki düymələrin köməyi ilə menyunu idarə edə bilərlər, ancaq sensor ekranın köməyi ilə SMS mesaj yığmaq mümkündür.
 
İstehsalçılar telefonu 2019-cu ilin aprelində tədarük etməyə başlayacaqlar. İndi qiyməti 250 dollar olan telefon vəsait toplama kampaniyası bitdikdən sonra 400 dollara satılacaq.
 
Emil Hüseynov





Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024