12px13px15px17px
Tarix:05/03/18

Ramin Quluzadə Avstriyanın İKT və nəqliyyat sektorundakı iri şirkətlərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Avstriyaya rəsmi səfəri çərçivəsində Avstriyanın Nəqliyyat və İnnovasiyalar Nazirliyinin və 500 min şirkətinin cəmləşdiyi İqtisadiyyat Palatasının birgə təşkil etdiyi "dəyirmi masa"da iştirak edib. 
 
"Dəyirmi masa"da İKT və nəqliyyat sahələrində fəaliyyət göstərən aparıcı Avstriya şirkətləri, o cümlədən illik büdcəsi 600 milyon avrodan çox olan və Avstriyanın startap layihələrinin maliyyələşdirilməsini həyata keçirən Avstriya Tədqiqatların Təşviqi Agentliyi, elektron hökumət və elektron imza həlləri üzrə Avropanın aparıcı şirkəti olan "Bit Media", yüksəktexnologiyalı işıqlandırma sistemləri üzrə ixtisaslaşmış "Polaroid", dayanacaq və dağ-xizək kompleksləri üzrə həllər təklif edən "Ski-DATA" və s. iştirak edib. 
 
Görüş çərçivəsində Avstriyanın startapların təşviqi və ictimai nəqliyyatın tənzimlənməsi sahəsindəki təcrübəsi barədə geniş məlumat verilib və Azərbaycanla bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib. 
 
Eyni zamanda, Avstriya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakı və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb. 
 
Görüşdə Avstriya İqtisadiyyat Palatasının rəhbərliyi ilə özəl şirkətlərin nümayəndələrinin bu ilin may ayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı təfsilatlı təhlillərin aparılması və konkret layihələr üzrə danışıqlara başlanması razılaşdırılıb.
 
R.Quluzadə səfər çərçivəsində, həmçinin Vyananın Beynəlxalq Avtovağzal Kompleksini ziyarət edib və avtovağzalın fəaliyyəti ilə yerində tanış olub. 
 
Məlumat verilib ki, illik sərnişin axını 700 minə yaxın olan Vyana "Erdberg" vağzalı Avropanın 600 nöqtəsinə sərnişin daşınmasını həyata keçirir. Ziyarət əsnasında bilet satışı, təhlükəsizlik, keçid və minik üçün istifadə olunan proqram təminatı barədə məlumat verilib. 
 
Səfər zamanı Ramin Quluzadə Avstriya Texnologiya İnstitutu və Avropanın aparıcı İKT şirkəti olan "SAIL LABS TECH"-i də ziyarət edib. Müzakirələr zamanı "ağıllı şəhər", rəqəmsal təhlükəsizlik, insanların və məhsulların mobilliyi, enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə dair əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı azərbaycanlı gənc startapçı və tədqiqatçıların Avstriyada təcrübə keçmələri, Avstriya mütəxəssislərinin iştirakı ilə Bakıda təlimlərin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə mövzusu olub.





Baxış sayı: 159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2018

22 10 2018

22/10/18
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 

22/10/18
“Android” smartfonlarına məsafədən yeni müdaxilə üsulu tapılıb

“Checkmarx” analitik şirkətinin eksperti Lüksemburqda keçirilmiş “Hack.lu” konfransında “Android

22/10/18
NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa 

22/10/18
“3D” printerdə işlək litium-ion akkumulyator çap edilib

Dyuk Universitetinin alimləri tərəfindən hazırlanmış xüsusi metod “3D” printerdə litium-ion akkumulyatorları 

22/10/18
“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir

“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan 

22/10/18
Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün 

22/10/18
İnternetdən ən çox kişilər istifadə edir

Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından 

22/10/18
Yeni “Apple” qurğularının təqdimat tarixi məlum olub

“Apple” şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni 

22/10/18
Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı