12px13px15px17px
Tarix:20/10/11

“Apple” korporasiyası Stiv Cobsa həsr edilmiş veb-səhifəni yeniləyib

“Apple” korporasiyası öz saytında Stiv Cobsa həsr edilmiş xatirə səhifəsini yeniləyib. Şirkət Cobsun ölümündən dərhal sonra “apple.com/stevejobs” ünvanında xüsusi səhifə açıb.

Səhifədə istifadəçilərə “Apple” banisinin ölümünə həsr edilmiş xatirə və başsağlıqları xüsusi elektron poçt ünvanına göndərmək təklif edilir. Şirkət nümayəndələrinin sözlərinə əsasən, artıq bu ünvana müxtəlif insanlardan 1 milyondan çox məktub göndərilib.

“Apple” korporasiyası məktubları saytda yerləşdirərək onları oxumağa imkan yaradıb. "Dünyanın hər bir tərəfindən milyondan çox insan bizimlə Stiv Cobs haqqında öz xatirə, fikir və hissləri ilə bölüşüblər " - saytda qeyd edilib.



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019