12px13px15px17px
Tarix:15/03/18

Mühafizəli “Doogee S60 Lite” smartfonu 5580 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib

“Doogee” şirkəti yeni mühafizəli “S60 Lite” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Doogee S60 Lite” modelinin korpusu alümindən, çərçivəsi isə zərbələrdən əlavə qoruyucu rolunu oynayan polikarbonatdan ibarətdir. Smartfon, həmçinin “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bunun sayəsində qurğunun yarım saat ərzində suyun bir metr dərinliyində qalması mümkündür.

Məlumata görə, smartfonun ön tərəfində beşinci nəsil “Gorilla Glass” qoruyucu şüşəsi ilə örtülən “Full HD” təsvir ölçülü 5,2 düym diaqonallı ekran yerləşir. Məhsuldarlığı 1,5 QHs maksimal tezlikli səkkiznüvəli “MediaTek” prosessoru və 4 giqabaytlıq operativ yaddaş həyata keçirir. Proqram, foto, musiqi və digər məlumatların saxlanılması üçün 32 giqabaytlıq yaddaş nəzərdə tutulub. Quraşdırılmış akkumulyatorun tutumu 5580 milliamper/saat təşkil edir. 12В/2А gücünə malik sürətli enerjidoldurma və simsiz enerjidoldurma dəstəklənir. Smartfonun əsas kamerası optik təsvir sabitləşdiricisi sisteminə malik 16 meqapikselli sensorla təchiz olunub. Həmçinin qurğu kontaktsız ödənişlər üçün “NFC” moduluna malikdir.

Bundan əlavə, smartfon aktiv istifadəçilər üçün nəzərdə tutulan bir sıra ötürücü və sensorlarla (GPS, GLONASS, kompas, giroskop, kulonometr və s.) təchiz edilib.

Nizam Nuriyev





Baxış sayı: 286

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024