12px13px15px17px
Tarix:16/03/18

“Windows” sistemi süni intellektlə təchiz ediləcək

“Windows 10” əməliyyat sisteminin buraxılışı yaza planlaşdırılan növbəti böyük yenilənməsinə tərtibatçılara mobil proqramları süni intellekt funksiyaları ilə təchiz etməyə imkan verəcək yeni “Windows ML” platforması daxil olacaq. Hesablamalar lokal şəkildə - kompüterdə aparılacaq ki, bu da “bulud” saxlanclarının gücünün qənaətinə şərait yaradacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyasının nümayəndələrinin sözlərinə görə, platformaya “Windows Machine Learning API” proqram interfeysi daxildir. Onun köməyi ilə əvvəlcədən təlim görmüş neyron şəbəkələrinin və hazır kompüter təlimi modellərinin funksiyalarını işlənilən əlavələrə tətbiq etmək mümkün olacaq. Bu texnologiyaların tətbiqi üzrə nümunələr video və təsvirlərin “ağıllı” axtarışından tutmuş, fərdi musiqi siyahılarının tərtibinə qədər müxtəlif ola bilər.
 
Məlumata görə, yeni “Windows ML” süni intellekt platforması fərdi kompüter və noutbuklarda istifadəyə verilməklə yanaşı, “Əşyalar interneti” qurğuları, serverlər, məlumat emalı mərkəzləri və “HoloLens” virtual reallıq eynəkləri tərəfindən dəstəklənəcək.
 
Süni intellekt əsasında funksiyalar hazırda bu və ya digər şəkildə “Microsoft” məhsullarında tətbiq olunur. Məsələn, “Windows 10” sisteminin əvvəlki böyük yenilənməsində süni intellektdən istifadə edilməklə “ağıllı” antivirus mühafizəsi quraşdırılıb. Süni intellektdən, həmçinin “Office 365” proqram paketində və “Windows Hello” biometrik avtorizə sistemində istifadə edilir.
 
Nizam Nuriyev





Baxış sayı: 2

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018