12px13px15px17px
Tarix:16/03/18

Robot basketbolçu yaradılıb (VİDEO)

Yaponiyanın “Toyota” şirkətinin mühəndislər qrupu sərbəst basketbol atışlarını dəqiqliklə yerinə yetirən “Cue” adlı insanabənzər robot yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, robot basketbolçunun bacarıqlarına əmin olmaq üçün mütəxəssislər tərəfindən qurğu və “Alvark Tokyo” klubunun iki peşəkar oyunçusu arasında yarış təşkil edilib. Yarışın nəticəsinə görə “Cue” robotu qələbə qazanıb – o, bütün 10 atışı dəqiq yerinə yetirdiyi halda rəqiblərdə bu göstərici 8 təşkil edib.
 
Məlumata görə, robot basketbol topunu səbətə atmağı süni intellekt sisteminin köməyi ilə öyrənib. Lakin dərc edilən videoçarxlara baxdıqda mühəndislər tərəfindən daha sadə həllərin tətbiq edilməsinin şahidi olmaq mümkündür. Çünki robot atış zamanı eyni hərəkətləri təkrar edir. Lakin “Cue” robotunun bircə bu bacarığı da ona insanlar üzərində qələbə qazanmağa kifayət edib.
 
Nizam Nuriyev






Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024