12px13px15px17px
Tarix:29/03/18

Yeni “Microsoft” proqramı göz hərəkətləri ilə musiqi yaradacaq

“Microsoft” korporasiyasının “Microsoft Research” bölməsi göz hərəkətləri ilə musiqi yaratmağa və ifa etməyə imkan verən “Hands-Free Music” layihəsi barədə yeni məlumatlar açıqlayıb. Layihə fiziki imkanları məhdud insanlara yaradıcılıqda kömək üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, layihə fiziki imkanları məhdud insanlara musiqi ilə məşğul olmağa imkan verən 3 proqramdan ibarətdir. “Hands-Free Sound Jam” musiqi bəsləməyə və ifa etməyə şərait yaradır. Proqram interfeys baxımından populyar musiqi redaktorlarına bənzəyir. İstifadəçilər musiqilər yarada, eləcə də bütöv kompozisiyaların yaradılması üçün klipləri yaddaşda saxlaya və tərtib edə biləcəklər.  

Bildirilir ki, “Hands-Free Sound Machine” musiqi parçalarından rəqəmli musiqinin tərtibi üçün nəzərdə tutulan 16 takt tezlikli proqramdır (sequencer). O, “.wav” və ya “midi” formatlı fayllardan kompozisiyalar yaratmağa imkan verir, fiziki alətlərə qoşulur və səhnə effektlərini dəstəkləyir.

“Expressive Pixels” musiqi çıxışı zamanı təsviri dairəvi pikselli ekrana daxil etməyə imkan verən vizuallaşdırma platformasıdır. Pikselli təsvirlərin göstərilmə ardıcıllığı zərb alətlərinin ritmi ilə sinxronlaşaraq işıq şousu yaratmağa imkan verir.

Nizam Nuriyev
 






Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024