12px13px15px17px
Tarix:30/03/18

Virtual reallıq texnologiyaları şopinqin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək

Onlayn ticarət və rəqəmli marketinq internetdə alış-verişi daha rahat və sadə hala gətirib, həmçinin alıcılara satın alınmış malları qiymətləndirməyə, məhsul və xidmətlər haqda informasiyanı başqa insanlarla paylaşmağa imkan verib. “ABI Research” şirkətinin analitikləri hesab edirlər ki, virtual reallıq texnologiyaları şopinqin keyfiyyətini yüksəltmək üçün daha bir effektiv alət ola bilər. Ekspertlərin qiymətləndirməsinə görə, ticarət və marketinq sahəsində virtual reallıq texnologiyalarından istifadə 2022-ci ildə 1,8 milyard dollar gəlir gətirəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətlər artıq VR texnologiyaların üstünlüyünü lazımınca qiymətləndirirlər. Məsələn, ekspertlər qeyd edirlər ki, avtomobil satıcıları və turizm agentlikləri öz mal və xidmətlərinin təşviqi üçün VR alətlərdən uğurla istifadə edirlər. Avtomobilin virtual test-drayvı və ətraflı icmalı potensial alıcılarda maşın haqda daha yaxşı təsəvvür yaradır, tur paketlərin satışı vaxtı isə virtual turlar və panorama çarxlar səyahət üçün istiqaməti seçməkdə kömək edir.
 
Həmçinin VR texnologiyalar mebel və məişət əşyaları mağazaları üçün olduqca faydalıdır. Alıcılar qərar qəbul etməzdən əvvəl virtual reallıq texnologiyasının köməyi ilə məhsula ətraflı baxa, onu ev şəraitində görə, öz zövqünə uyğun detalları seçə bilərlər. İsveçin “IKEA” mebel ticarət şəbəkəsi və Şimali Amerikanın evin tərtibatı üzrə “Lowe's” mağazalar şəbəkəsi virtual texnologiyalardan uğurla istifadə edirlər.
 
Emil Hüseynov



Baxış sayı: 103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.