12px13px15px17px
Tarix:02/04/18

Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi yaradılıb

Bu gündən Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi öz işinə başlayıb.
 
Məlumata görə, sözügedən mərkəz Tokio Polis İdarəsinin bazasında fəaliyyət göstərəcək. Yeni strukturda 500 müstəntiq və analitik işləyəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bundan əvvəl virtual məkandakı cinayətlər üzrə ekspertlər polis və başqa təhlükəsizlik xidmətlərinin müxtəlif bölmələrində yerləşirdilər. İndi  artmaqda olan belə cinayət halları ilə mübarizəni gücləndirmək məqsədilə onları bir yerə toplamağa dair qərar verilib.
 
“Kiodo” informasiya agentliyinin məlumatına görə, 2017-ci ildə Yaponiyada kompüter informasiyası üzrə 3 milyondan çox oğurluq halı qeydə alınıb.
 
Emil Hüseynov





Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024