12px13px15px17px
Tarix:03/04/18

“Apple” korporasiyası “Intel” şirkətinin prosessorlarından imtina edir

“Bloomberg” nəşrinin məlumatına görə, 2020-ci ildən etibarən “Apple” şirkəti onun istehsalı olan kompüterlərdə öz prosessorlarını tətbiq edəcək. Beləliklə, ABŞ korporasiyası 2006-cı ildən noutbuk, monoblok və masaüstü fərdi kompüterlərdə istifadə etdiyi “Intel” şirkətinin prosessorlarından imtina edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, “Apple”ın “Kalamata” kod adı daşıyan bu təşəbbüsü hələ ki erkən hazırlama mərhələsindədir. Əsas məqsəd ondan ibarətdir ki, “Mac” kompüterləri, “iPad” planşetləri və “iPhone” smartfonlarının istifadə etdikləri platformalar bir-birinə çox oxşar olsunlar. “Apple” şirkəti “Marzipan” kod adı altında hazırlanan yeni universal proqram platforması hesabına bu məqsədinə nail olmağı planlaşdırır. Bu proqram platforması sayəsində istifadəçilər “iOS” tətbiqlərini “macOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə işə salmaq imkanı əldə edəcəklər.

Məlumat üçün bildirək ki, hazırda “Apple” şirkəti “ARM Holdings” arxitekturasından istifadə edərək öz smartfon və planşetləri üçün prosessorlar hazırlayır. “Apple”ın istehsalı olan kompüterlərdə şəxsi prosessorlardan istifadə şirkətin yeni prosessorların istehsal müddəti ilə bağlı “Intel”dən asılılığına son qoyacaq. Bundan başqa, vahid aparat platforması bütün məhsullarda yeni funksiyaların daha sürətli tətbiqinə imkan verəcək.

Emil Hüseynov





Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024