12px13px15px17px
Tarix:20/10/11

Ucqar kəndlərdə də bankomatlar qurulacaq

“Azərpoçt” MMC cari ilin sonunadək respublika daxilində yeni bankomat və pos-terminallar quracaq. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə təhlillər aparılır və mütəxəssislər yerlərə ezam olunub.

Aparılan təhlillər nəticəsində bankomatların və post-terminalların qurulması üçün texniki imkanlar öyrəniləcək. Müəssisə ilk öncə ucqar dağ kəndlərini nəzərdən keçirməyi və layihənin ilkin mərhələsini reallaşdırmağı düşünür.

Müəssisənin hər bir kənddə poçt şöbəsinin olduğunu nəzərə alsaq və texniki imkan olsa, bu işləri ən qısa zamanda reallaşdırmaq mümkün olacaq. Xatırladaq ki, “Azərpoçt” MMC paytaxtda öz müştərilərinə pos-terminal və ATM-lər vasitəsilə xidmət göstərməyə başlayıb.

Belə ki, Azərpoçt” MMC-yə məxsus olan yeni bankomatlar Mərkəzi Poçt, 33, 73, 63 və 2 saylı poçt şöbələrində qurulub.

Qeyd edək ki, “Azərpoçt” MMC-yə tabe müəssisələrin 700-ə yaxın əməkdaşı əməkhaqlarını plastik kartlarla alır.



Baxış sayı: 1595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024