12px13px15px17px
Tarix:03/04/18

“Google” şirkəti “Android” mobil əməliyyat sistemində 300-dən çox boşluğu aradan qaldırıb

“Google” şirkəti tərəfindən “Android” mobil əməliyyat sistemi üçün buraxılmış yeniləmədə ümumilikdə 312 boşluq düzəldilib. Kritik təhlükəli  kimi qiymətləndirilmiş 9 boşluq hakerə məsafədən istənilən kodu icra etməyə imkan verir. Bu halda 287 problem yüksək təhlükə dərəcəsinə malik kimi qiymətləndirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Android runtime” komponentində hakerin sistemdə imtiyazını artırmasına imkan verən 1 boşluq (CVE - 2017-13274) düzəldilib.
 
Həmçinin freymvörkdə zərərli proqramlara əməliyyat sisteminin müdafiə həllərini keçməyə imkan verən 1 problem (CVE - 2017-13275) aradan qaldırılıb.
 
Ən çox boşluq “Qualcomm”un müxtəlif komponentlərində aradan qaldırılıb. Ümumilikdə müxtəlif təhlükə dərəcəsinə malik 289 boşluq düzəldilib.
 
Emil Hüseynov





Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024