12px13px15px17px
Tarix:07/04/18

Yeni “Alienware” noutbukları baxışla idarəetməni dəstəkləyir

“Alienware” şirkəti səkkizinci nəsil “Intel Coffee Lake” prosessorları əsasında işləyən iki yeni noutbuk təqdim edib. “15R4” və “17R5” modelləri displeyləri 120 QHs takt tezlikli yenilənmə və “NVIDIA GeForce GTX 1080” videokartlarına malik versiyalarda tədarük olunur. Həmçinin yeni qurğularda baxışla idarəetmə funksiyası tətbiq edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Alienware 15R4” noutbuku “NVIDIA G-Sync” texnologiyasını dəstəkləyən “Full HD” (yenilənmə tezliyi 120 QHs) və “Ultra HD” (60 QHs) təsvir ölçülü 15,6 düym diaqonallı ekranla təchiz olunub. “Alienware 17R5” modeli isə “NVIDIA G-Sync” texnologiyasını dəstəkləyən “Full HD” (60 QHs), “Quad HD” (120 QHs) və “Ultra HD” (60 QHs) təsvir ölçülü 17,3 düym diaqonallı displeyə malikdir. Bundan əlavə, modeldə “Tobii” sistemi (bütün versiyalarda quraşdırılmayıb) vasitəsilə baxışla idarəetmə imkanı tətbiq edilib.
 
Məlumata görə, noutbuklar “DDR4-2666” tipli 32 giqabaytlıq operativ yaddaş, 1 terabayt tutumlu iki ədəd bərkcisimli “M.2” toplayıcısı və 2,5 düymlü bir disklə təchiz olunub. Qrafika “AMD Radeon RX 570”, “NVIDIA GeForce GTX 1060”, “GeForce GTX 1070” və ya “GeForce GTX 1080” qrafik sürətləndirici kartları ilə həyata keçirilir.   
 
Yeni qurğuların digər xüsusiyyətləri sırasında internetə sürətli qoşulmanı, “Thunderbolt 3” interfeyslərinin, “USB 3.0”, “HDMI 2.0” çıxışlarının, “Mini-DisplayPort 1.2” portunun və işıq salan klaviaturanın mövcudluğunu təmin edən “Killer Networks e2500 GbE” və “Killer 1550 802.11ac Dual Band/Bluetooth 5.0” kontrollerləri qeyd olunur.
 
“Alienware 15R4” noutbukunun başlanğıc qiyməti 1400 dollar, “Alienware 17R5” modelinin isə 1550 dollar təşkil edir.
 
Nizam Nuriyev





Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024