12px13px15px17px
Tarix:21/10/11

Səudiyyə Ərəbistanı şahzadəsi “Twitter” xidmətinə yüzlərlə milyon investisiya qoyacaq

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü və artıq “Citigroup” və “News Corp” kimi şirkətlərin səhmlərinə malik olan dünyanın ən zəngin investorlarından biri şahzadə Alvalid Bin Talal Alsaud öz investisiyalarını internet sahədə aktivləşdirməyi planlaşdırır.

“SkyNews” nəşri bildirib ki, şahzadə Alvalid ilk addım kimi “Twitter” mikrobloqlar xidmətinin bir neçə yüz milyon dollarlıq səhmlərini almaq niyyətindədir.

Onun “Kingdom Holding” investisiya şirkəti artıq bu şirkətin payının əldə edilməsi haqqında “Twitter” banilərindən ən azı biri ilə danışıqlar aparıb,- “SkyNews” mənbələri qeyd ediblər.

Onların informasiyasına əsasən, “Kingdom Holding” investisiya şirkəti “Twitter” xidmətinə təxminən 200-300 milyon dollar qoymağa hazırdır, bu isə şirkətin bütün səhmlərinin təxminən 3%-ni təşkil edəcək. Sazişin artıq baş tutduğu və ya onun haqqında yalnız danışıqların aparıldığı hələ bilinmir.



Baxış sayı: 1651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024