12px13px15px17px
Tarix:16/04/18

“Sony” şirkəti “Xperia XZ2 Premium” adlı qabaqcıl smartfonunu təqdim edib

"Sony" şirkəti "Xperia XZ2" və "Xperia XZ2 Compact" qurğularının  təqdimatından 2 ay sonra "Xperia XZ2 Premium" adlı daha bir qabaqcıl smartfonunu təqdim edib. Bu, şirkətin tam qaranlıq şəraitdə şəkil çəkən ikiqat kameraya malik ilk smartfonudur. "Premium" istehsal xəttinin əvvəlki modelləri kimi yeni model də qabaqcıl "Qualcomm" prosessoru, həmçinin 4K təsvir ölçüsünə malik və HDR texnologiyasını dəstəkləyən ekranla təchiz edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" resursuna istinadən yazır ki, "Xperia XZ2 Premium" smartfonu 4K təsvir ölçüsü və tərəflər nisbəti 16:9 olan 5,8 düymlük displeyə malikdir. Smartfonda "Bravia" televizorlarında tətbiq edilmiş müxtəlif texnologiyalar, həmçinin mobil qurğularda məzmunun HDR-ə yaxın çevrilməsi üçün tətbiq edilən "X-Reality" seçimindən istifadə edilir. Şirkətin rəsmiləri əmin edirlər ki, "Xperia XZ2 Premium" smartfonunda "S-Force Front Surround" adlı ön stereodinamiklər bütün modellər arasında ən gur səsə malikdir.
 
"Xperia XZ2 Premium" smartfonu ekrandan başqa rəngli və ağ-qara rəngli sensorlara malik "Motion Eye Dual" yeni kamerası ilə öyünə bilər. Məlumdur ki, yeni kameranın köməyi ilə portret rejimində çəkmək və "4K HDR" formatında video yazmaq mümkündür. Yeni modulun əsas özəlliyi ISO 12 800 ilə video, ISO 51200 ilə isə foto çəkiliş imkanıdır.
 
"Sony Xperia XZ2 Premium" smartfonunun texniki xüsusiyyətləri aşağıdakılardır:
·         displey: 5,8 düym, 4K, 16:9, HDR dəstəyi, Gorilla Glass 5;
·         prosessor: "Qualcomm Snapdragon 845";
·         əməli yaddaş: 6 QB;
·         əsas kamera: ikiqat "Motion Eye Dual", video w,wn ISO 12 800 və foto üçün ISO 51 200;
·         Ön kamera:13 meqapiksel;
·         Akkumulyator: 3450 milliamper/saat;
·         su və tozdan müdafiə: "IP65/68";
·         ölçüləri: 158x80x11,9 mm;
·         çəki: 236 qram;
·         rəng: qara və boz.

Emil Hüseynov



Baxış sayı: 390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024