12px13px15px17px
Tarix:17/04/18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qrant ayırdığı layihə nüfuzlu beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qaliblərindən olan "Wake Me Up" layihəsi İsveçrənin Lozanna şəhərində keçirilən "Seedstars Summit" adlı beynəlxalq müsabiqədə iştirak edərək finala vəsiqə qazanıb.

Bu il baş tutan müsabiqədə Asiya, Afrika və Avropadan 75-dən çox ölkə iştirak edib.

Kifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

Qeyd edək ki, "Seedstars" inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

"Wake Me Up" layihəsi – xüsusi hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını almaq üçün hazırlanan texnologiyadır.

Layihənin işlək prototipinin hazırlanması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 5-ci qrant müsabiqəsi çərçivəsində adıçəkilən layihəyə 11 000 AZN qrant vəsaiti ayrılıb.





Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024