12px13px15px17px
Tarix:18/04/18

“5G” şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtı yaxınlaşır

“Huawei” şirkəti “5G” (NSA) qeyri-avtonom arxitekturası üçün şəbəkə nüvəsini sınaqdan keçirən ilk telekommunikasiya avadanlığı istehsalçısı olub. Bu hadisə beşinci nəsil mobil rabitə şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtını yaxınlaşdırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şəbəkə nüvəsi üçün əsas xüsusiyyətlərin və servis proseslərinin yoxlanıldığı test zamanı “IMT-2020 (5G) Promotion Group” işçi qrupu tərəfindən “5G” texnologiyasının Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) Pekindəki laboratoriyasında keçirilən elmi-tədqiqat sınaqlarının üçüncü mərhələsi olub.
 
Məlumata görə, testdə “Huawei” şirkəti tərəfindən Barselonada “MWC 2018” sərgisində təqdim edilən “5G Core Network” kommersiya həllindən istifadə edilib. Sınaqlarda Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” operatorları iştirak ediblər.
 
“5G” nüvəsi idarəetmə müstəvisinin və istifadəçi müstəvisinin (CUPS) bölünməsi əsasında paylayıcı arxitekturadan istifadə etməklə fəaliyyət göstərir. Bununla yanaşı, istifadəçi müstəvisi zəif yubanma göstəricilərinin praktiki olaraq istənilən vaxtda və istənilən yerdə təmini üçün şəbəkə periferiyasında adaptiv şəkildə qurula bilər.
 
“Huawei” 2017-ci ilin sonunadək dünyada “5G” şəbəkə nüvəsindən istifadə etməklə 15 kommersiya obyekti inşa edib. Şirkət “5G” sahəsində elmi-tədqiqat texnologiyalarına gələcəkdə də investisiyalar yatırmağı və müvafiq standartların formalaşmasına yardım göstərməyi planlaşdırır.
 
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Nizam Nuriyev





Baxış sayı: 125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Noyabr 2020

28 11 2020

28/11/20
“Facebook” Cənubi Koreyada 6 milyon dollar cərimələnib

Cənubi Koreyanın Fərdi Məlumatların Qorunması üzrə Komissiyası “Facebook” şirkətini 6,7 milyard von (6,6

28/11/20
Rusiyada Milli Kvant Laboratoriyası yaradılacaq

Rusiyada kvant texnologiyalarının inkişafına yönələn federal layihənin həyata keçirilməsi çərçivəsində Mi

28/11/20
“Xbox” oyunları “ağıllı” televizorlarda oynanılacaq

“Xbox” proqramı 2021-ci ildə “ağıllı” televizorlara quraşdırılacaq. Bu barədə “Microsoft”