12px13px15px17px
Tarix:21/10/11

“DNS Computers” şirkəti “Apple” məhsullarının rəsmi satışını təşkil edəcək

“DNS Computers” şirkəti “Apple” məhsullarının rəsmi satışını həyata keçirməyə başlayıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Qeyd edək ki, “Apple” məhsullarının Azərbaycanda distribütoru hələ ki, yoxdur.

Ölkədə indiyədək bu məhsulların rəsmi satışı ancaq “Alma Store”da həyata keçirilirdi ki, “DNS Computers” bu addımı atan ikinci şirkətdir. Şirkətdən bildiriblər ki, digər yerlərdə, yəni qeyri-rəsmi satış həyata keçirilən yerlərdəki məhsullar heç də bu region üçün nəzərdə tutulan məhsullar deyil.

Məsələn, qeyri-rəsmi satışda olan “iPOD”-larda “3G” üçün kart yeri vardır ki, yerli operatorların kartı onlara uyğun gəlmir. “DNS Computers” isə yalnız bu region üçün nəzərdə tutulan məhsulların satışını həyata keçirir.



Baxış sayı: 2006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024