12px13px15px17px
Tarix:18/04/18

Ölkəmiz sürətli poçt rabitəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görüldü

 İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) "EMS Kooperativinin 21-ci Ümumi Assambleyası" keçirilib.
 
Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
 
Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub.
 
Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb.
 
Assambleyada "Azərekspresspoçt" Rabitə Müəssisəsi "Müştəri məmnuniyyəti – 2017" mükafatına layiq görülüb.
 
 Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə "Müştəri məmnuniyyəti" mükafatı EMS Kooperativi  üzvləri  arasında  ən yaxşı  sorğu  mərkəzlərinə  təqdim  olunur.
 
Azərbaycan bu  mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.  









Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024