12px13px15px17px
Tarix:19/04/18

“Microsoft”un neyron şəbəkəsinə əsaslanan tərcümə proqramı internetsiz işləyəcək

“Microsoft” korporasiyasının “Microsoft Translator” proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan daha keyfiyyətli kompüter tərcüməsini internetə qoşulma olmadan həyata keçirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Android” sisteminin idarəetməsi altında işləyən sözügedən proqramın yeniləməsinin təsvirində deyilir: "Aşağıdakı dillər üçün neyron şəbəkəsinə əsaslanan avtonom dil paketləri yenilənib: ərəb, çin (sadələşdirilmiş), fransız, alman, italyan, yapon, Koreya, portuqal, rus, ispan, tay". Bu dillərin daşıyıcıları sözügedən proqramın köməyi ilə internetə qoşulmadan ünsiyyət saxlaya biləcəklər.

Bu proqramın istifadəçiləri neyron şəbəkəsinə əsaslanan oflayn tərcümədən yararlanmaq üçün yenilənmiş dil paketlərini yükləməlidir. “Microsoft”un rəsmisi bildirib ki, yüklənilən dil paketlərinin tutumu 50% azalıb, tərcümənin keyfiyyəti isə orta hesabla 23% yüksəlib.

Emil Hüseynov





Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024