12px13px15px17px
Tarix:20/04/18

Robot aşpaz mətbəxdə insanı əvəzləyəcək

Yaponiyanın “Sony” şirkəti və ABŞ-ın Karnegi-Mellon Universitetinin mütəxəssisləri mətbəxdə insanı tam əvəzləyəcək robot kulinarın yaradılması üzrə işə başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Vistanews” resursuna istinadən yazır ki, məlumata görə, layihə üzərində iş iki ölkənin laboratoriyalarında paralel aparılacaq, işin maliyyə tərəfini isə Yaponiya nümayəndələri həll edəcəklər. Bundan başqa, robot aşpazın Gündoğar ölkədə eksperimental istifadəyə verilməsi planlaşdırılır.

Mütəxəssislərin fikrincə, robot ərzaqların hazırlığı üzrə əməliyyatları müstəqil edərək xörəklər bişirə biləcək. Gələcəkdə robotu yeni funksional imkanlarla təchiz etməklə onun imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Robota mətbəxdə tez-tez rast gəlinən incə və kiçik əşyalarla işləmək öyrədiləcək.

Qurğu yaradıcıları əmindir ki, texnologiya ictimai iaşə, tibb və inşaat sahəsində tətbiq ediləcək. Robot kulinarın rəsmi təqdimatı və onun baza imkanları barədə məlumat verilmir.

Nizam Nuriyev





Baxış sayı: 388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024