12px13px15px17px
Tarix:23/04/18

Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb

Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin tədqiqatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, ekspertlər bir sıra oxşar servisləri analiz edərək belə qənaətə gəliblər ki, əlavələr məlumatları analitik modullar vasitəsilə toplayır və onları proqram tərtibatçıları ilə əlaqəsi olmayan kənar servislərə göndərirlər.
 
Hesabata görə, adətən informasiyanın yayılmasına istifadəçilərin xüsusiyyətlərini toplayaraq onları etibarlı mühafizə ilə təmin etməyən reklam “SDK” paketləri səbəb olur.
 
İstifadəçi məlumatları “HTTP” protokolu ilə şifrlənməmiş şəkildə göndərilir. Bu səbəbdən onlar ya ələ keçirilə, ya da dəyişdirilə bilər. Mühafizə olunmayan “Wi-Fi” şəbəkəsində informasiyanı, demək olar, hər gün əldə etmək mümkündür.
 
Şirkət mütəxəssislərinin sözlərinə görə, ev marşrutlayıcılarının da yoluxdurulması mümkündür.
 
Cinayətkarlar, həmçinin əlavələrdə istinadları dəyişdirir və zərərli proqramlar quraşdırırlar.  
 
Mühafizə olunmayan bağlantıdan istifadəyə görə çoxlu fərdi informasiya (istifadəçinin doğum tarixi, adı, onun GPS koordinatları, əlavə ilə əlaqədar qurğu və profil haqqında məlumatlar, bəzi hallarda login və parollar) kənar serverə göndərilir.  
 
İT mütəxəssisləri tərəfindən əlavə genişləndirmələrin yoxlanılması və “HTTP” protokolundan istifadə edilməməsi, eləcə də tanışlıq üçün servislərə lazımsız proqram genişləndirmələrinə, məsələn, geolokasiyaya çıxışa icazə verilməməsi tövsiyə edilir.
 
Nizam Nuriyev





Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024